"Mançester Yunayted"dən 60 milyon avroluq qapıçı transferi

13:46 - 5 Dekabr 2023

Andre Onananın performansında narazı qalan "Mançester Yunayted" heyətini yeni qapıçı ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Milan"da çıxış edən Mayk Menyanın xidmətində maraqlıdır. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" 28 yaşlı qolkiper üçün İtaliyan klubuna 60 milyon funt-sterlinqlik təklif göndərəcək.

Qeyd edək ki, "Milan" Mayk Menyanı 2021-ci ilin yayında "Lill"dən transfer edib. Fransa millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində 16 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti