"Araz-Naxçıvan"ın futbolçusu "Zirə" ilə matçda iştirak etməyəcək

20:22 - 6 Dekabr 2023

"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Vadim Abdullayev Premyer Liqanın 16-cı turunun "Zirə"yə qarşı keçiriləcək oyununda iştirak edə bilməyəcək. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu cəza səbəbindən oynaya bilməyəcək.

Ötən tur “Səbail”lə (1:1) matçda sarı vərəqə alan oyunçu cəzalı duruma düşmüşdü.

Qeyd edək ki, dekabrın 12-də keçiriləcək “Zirə” – “Araz-Naxçıvan” matçına 17:00-da start veriləcək.

Xəbər xətti