"Mançester Siti"dən braziliyalı üçün 110 milyon istədilər

12:18 - 7 Dekabr 2023

“Aston Villa”nın yarımmüdafiəçisi Duqlas Luis üçün Avropanın iddialı klublarından təkliflər gəlib.

Sportal.az “Football Transfers”ə istinadən xəbər verir ki, Birmingem təmsilçisi braziliyalını satmağa müsbət yanaşır. Amma klubun istədiyi 110 milyon funt sterlinqi ödəmək istəyən klub yoxdur.

“Arsenal” və “Mançester Siti” Duqlası heyətinə qatmaq üçün hərəkətə keçib. 25 yaşlı futbolçunun “Aston Villa” ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. O, “Vasko da Qama”, “Mançester Siti”, “Jirona” komandalarında oynayıb.

Xəbər xətti