Millimizin üzvü "Eyndhoven"ə qələbə qazandırdı

10:58 - 9 Dekabr 2023

Futbol üzrə Niderland I Divizionunda 18-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "Emmen"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ozan Can da bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, komandasının 1-ci və 3-cü qollarını vurub.

18 turdan sonra 26 xal toplayan "Eyndhoven" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Xəbər xətti