"Hekkken"in kapitanı: "Qarabağ"ın heyətində yaxşı oyunçuların sayı çoxdur"

18:59 - 13 Dekabr 2023

"Hekken"in kapitanə Samuel Gustafson Avropa Liqası qrup mərhələsinin "Qarabağ"la matçından öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

Sportal.az 28 yaşlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

- Qrupdan çıxmaq şansınız qalmayıb. Belə olan halda oyuna necə motivasiya olursunuz?

- Baş məşqçi elə komanda formalaşdırıb ki, hamı bir-birinə dəstək olur. Hər gün daha yaxşı olmaq istəyirik. Hazırda xalımız yoxdur. Sabah bu göstəricini dəyişdirmək istəyirik.

- "Qarabağ"da hansı futbolçu digərlərindən fərqlənir?

- Onların heyətində yaxşı oyunçuların sayı çoxdur. Həm milli komandada çıxış edən yerli futbolçular, həm də legionerlər. Yankoviçi qeyd edərdim. Sağ cinah yarımmüdafiəçisini də qeyd edərdim.

Elçin Əlixan

Xəbər xətti