"Real" Ançelottinin müqaviləsini uzatdı

16:31 - 29 Dekabr 2023

İspaniyanın “Real” klubu baş məşqçi Karlo Ançelotti ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, “kral klubu” italiyalı mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Madrid təmsilçisi 64 yaşlı məşqçinin müqaviləsinin müddətini uzadıb. Ançelotti ilə imzalanan yeni sözləşmənin müddəti 2026-cı ilin yayına kimidir.

Karlo Ançelotti 2021-ci ilin iyun ayından “Real”a rəhbərlik edir. Onuz hazırkı müqaviləsi mövsümün sonunda başa çatırdı.

Xəbər xətti