"Qarabağ" rəsmisi: "Biz istəsək, Lunyov qalacaq" 

16:17 - 3 Yanvar 2024

Uzun müddət zədədən əziyyət çəkən, bu səbəbdən Almaniya karyerasını boşa verən Andrey Lunyov "Qarabağ"da yenidən böyük futbola qayıtdı desək, yəqin ki, bu, şişirdilmiş fikir sayılmaz. Digər tərəfdən Lunyovun gəlişi ilə "Qarabağ" da qapıçı problemini həll etmiş oldu. 

Lakin "Qarabağ"lı azarkeşləri narahat edən məqam var. Belə ki, mövsümün sonunda rusiyalı qapıçının müqaviləsi bitəcək. Lunyov Rusiya mətbuatına açıqlama verərkən də, yeni təkliflərə açıq olduğunu deyib. 

Bu məsələ ilə bağlı "Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərovla əlaqə saxladıq. Sportal.az saytına açıqlama verən "Qarabağ" rəsmisi narahatçılığa əsas olmadığını dedi: 

"Andrey Lunyovun "Qarabağ"la müqaviləsi 1+1 illik bağlanıb. Biz istəsək, Lunyov qalacaq. Yəni müqavilənin müvafiq bəndinə görə daha 1 il anlaşması aktivləşəcək".

Xəbər xətti