"Barselona"da ciddi itki

13:56 - 5 Yanvar 2024

"Barselona"nın heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Joao Kanselo sıradan çıxıb.

Portuqaliyalı futbolçu La Liqanın 19-cu turunun "Las Palmas"la səfər matçında zədələnib. Dizindən zədə alan arxa xətt oyunçusunun durumu tibbi müayinədən sonra məlum olacaq.

Qeyd edək ki, "Barselona" Joao Kanselonu mövsümün əvvəlində "Mançester Siti"dən icarəyə götürüb. 29 yaşlı sağ cinah müdafiəçisi La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti