"Qarabağ"ın qapıçısı: "İlin əvvəli iyrənc idi, bundan pis ola bilməzdi"

16:53 - 6 Yanvar 2024

"Qarabağ"ın rusiyalı qapıçısı Andrey Lunyov ölkəsinin mətbuatına açıqlama verib.

Sportal.az xəbər verir ki, 32 yaşlı qolkiper "Match TV"yə danışıb. 2023-cü ili dəyərləndirən təcrübəli futbolçu ilin sonunun onun üçün yaxşı keçdiyini bildirib:

"İlin əvvəli iyrənc idi, bundan pis ola bilməzdi. Amma ilin sonunda hər şey düzəldi. Zədədən sonra futbola qayıda bildim və bu, mənim üçün ən vacib şeydir. Çoxları bu zədənin böyük nəticələri ola biləcəyini söyləyirdi, amma xoşbəxtlikdən hər şey yaxşı bitdi. Ona görə də özümə "4+" reytinqi verəcəyəm".

Qeyd edək ki, Andrey Lunyov 2023-2024 mövsümündə “Qarabağ”ın heyətində 15 matçda meydana çıxıb. O, 7 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.

Xəbər xətti