"Qarabağ"ın rəqibinin futbolçusu iddialı danışdı

13:07 - 12 Yanvar 2024

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa"nın futbolçusu Joao Moutinyo açıqlama verib.

Sportal.az xəbər verir ki, yerli mətbuata danışan 37 yaşlı yarımmüdafiəçi iddialı fikirlər səsləndirib. Portuqaliyalı futbolçu turnirin qalib olmaq istədiklərini bildirib:

“Avropa Liqasında güclü komandalar var. Biz bunu bilirik, amma burada sadəcə oynamaq, rəqabət aparmaq yox, kubok uğrunda mübarizə apardığımızı nümayiş etdirmək üçün yarışırıq. Bu, bizim borcumuzdur. Titul qazanmaqla öz sözümüzü deyə bilərik. Futbolda gözlənilməz nəticələr olur. Öz oyunumuzu nümayiş etdirməyə çalışmalıyıq”.

Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə ilk oyunu fevralın 15-də Portuqaliyada keçirəcək. Komandalar arasında cavab matçı isə bir həftə sonta Bakıda baş tutacaq.

Xəbər xətti