Adı "Neftçi" ilə hallanan futbolçu: "Təkliflərə açığam"

19:17 - 16 Yanvar 2024

Donetsk "Şaxtyor"un cinah futbolçusu Aleksey Kaşuk onunla "Hajduk" və "Neftçi"nin maraqlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sportal.az xəbər verir ki, ölkəsinin mətbuatına açıqlama verən 23 ukraynalı yaşlı vinger bir neçə klubun ona maraq göstərdiyini bildirib:

“Danışıqlar gedir, müxtəlif klublar maraq göstərir. Təkliflərə açığam və bütün variantları nəzərdən keçirməyə hazıram. Ancaq hər şeyin necə getdiyini görəcəyik. Hələlik konkret bir şey deyə bilmərəm”.

Qeyd edək ki, Kaşuk bu mövsüm "Şaxtyor"un heyətində meydana çıxdığı 12 matçda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Xəbər xətti