"Qarabağ" 4 legionerdən ikisini almaq istəyir - SON DƏQİQƏ

14:42 - 17 Yanvar 2024

"Sabah"dan Aleksey İsayevi sıralarına qatan «Qarabağ» indi 4 legioner arasında seçim edir.

Sportal.az "sportinfo"ya istinadən xəbər verir ki, Azərbaycan çempionu Portuqaliya, Fransa, İspaniya və Niderlandda çıxış eləyən futbolçularla danışıqlar aparır.

"Köhlən atlılar"ın axtarışı iki mövqeyə aiddir. Qurban Qurbanov komandaya mərkəz müdafiəçisi və sağ cinah vingeri cəlb etmək niyyətindədir. Hazırda həm onların özləri, həm də klubları ilə danışıqlar gedir.

Problem varmı, var. Nədir bu problem? "Qarabağ"ın xidmətinə maraq göstərdiyi əcnəbilərdən kimisi gözləniləndən daha çox ödəmə tələb edir, kimisini də məxsus olduğu komanda buraxmaq istəmir.

İş o yerdədir ki, "Qarabağ" qış «transfer pəncərəsi»ni elə İsayevin gəlişi ilə qapada bilər. Hələ heç nə bəlli deyil. İkinci yeni adın düşərgəyə qoşulması böyük sual altındadır.

Xəbər xətti