"Qarabağ"ın rəqibindən səfər qələbəsi

11:27 - 19 Yanvar 2024

Portuqaliya çempionatında 18-ci turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" səfərdə "Farmalikan"ın qonağı olub. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 36-ya yüksəldən "Braqa" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə ilk oyunu fevralın 15-də Portuqaliyada keçirəcək. Komandalar arasında cavab matçı isə bir həftə sonra Bakıda baş tutacaq.

Xəbər xətti