"Turan Tovuz"un müdafiəçisi "Şamaxı"da

12:56 - 19 Yanvar 2024

“Şamaxı” mövsümün ikinci yarısı üçün heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi növbəti transferini reallaşdırıb. “Turan Tovuz”un müdafiəçisi Səbayıl Bağırov mövsümün sonuna qədər icarə əsasında bölgə klubunda çıxış edəcək.

Xatırladaq ki, "Şamaxı" daha öncə Roman Hüseynov və Bəhruz Teymurovu heyətinə qatıb.

Xəbər xətti