Xavi: "Bu mövsüm hər üç kuboku da qazana bilərik"

12:49 - 21 Yanvar 2024

"Barselona"nın baş məşqçisi Xavi bildirib ki, kataloniyalılar bu mövsüm Çempionlar Liqası, La Liqa və İspaniya Kral Kubokunu qazanacaq gücdədir. 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis komandasına inandığını və bunun üçün mütləq çalışacaqlarını söyləyib:

"Mən qəti şəkildə inanıram ki, bu mövsüm hər üç kuboku da qazana bilərik. Deyə bilmərəm ki, bunu mütləq edəcəyik. Amma reallaşdırmaq üçün çalışacağıq. Mən buna əminəm. "Betis" və "Atletik"lə qarşıdakı matçları özümüzü sübut etmək üçün bir fürsətdir. Bizə qoyulan yüksək səviyyəli tələbləri qəbul edirik, lakin çox vaxt pozitivliyimiz çatmır. Biz 16, 17 və 18 yaşlı futbolçuları meydana buraxırıq. Buna görə məni tənqid edirlər. Ona görə deyirəm ki, komanda quruculuğunun prosesi gedir. Uğursuzluğumuz cəhd etməmək olardı".

Xatırladaq ki, "Barselona" 19 oyundan sonra 41 xalla İspaniya çempionatında üçüncü pillədə qərarlaşıb. "Jirona" 20 oyundan sonra 49 xalla liderdir.

Xəbər xətti