"Turan Tovuz"un legioneri: "Hakimlər haqqında danışmağı sevmirəm, deməyə sözüm də yoxdur"

14:34 - 27 Yanvar 2024

"Turan Tovuz"un hücumçusu Belajdi Pusi Sportal.az saytına açıqlama verib. Albaniyalı forvard komandasının 

- "Turan Tovuz" "Səbail"lə görüşdə qalib gəlməyi bacardı. Bu matçdakı performansınızı necə dəyərləndirirsən? 

Qələbə bizi çox sevindirdi. Bu görüşdə qalib gəlmək istəyirdik. Çünki fasilədən sonrakı matçda da uduzmuşduq. Şadam ki, bu görüşdə qələbə qazanmağı bacardıq.

- Ötən tur “Kəpəz”lə görüşdə hakimin verdiyi qərarlar diqqət çəkdi. Səncə, hakimin hansı qərarı həmin oyuna təsir etmişdi? Ümumiyyətlə, Azərbaycan Premyer Liqasında hakimlərin qərarları tez-tez müzakirə edilir. Albaniyada da belədir?

Hakimlər haqqında danışmağı sevmirəm. Deməyə sözüm də yoxdur. Bəzən hakimlər də səhv edirlər və bu, bizim üçün pisdir. Ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəklər.

- "Turan Tovuz" komandasından gözləntilər yüksək idi. Amma hazırda komanda 7-ci pillədədir. Sonuncu pilləyə düşmək təhlükəsini hiss edirsiz, yoxsa bu barədə heç fikirləşmirsiz?

Turnir cədvəlində yuxarı pillələrə qalxmaq istəyirik. Qarşıda hələ çox oyunumuz var. Biz bunu bacara bilərik. Xeyr, məncə biz aşağı pilləyə düşməyəcəyik. Çünki yaxşı komandayıq və biz daha yaxşısını edə etməyə qadirik.

- Komandanız növbəti turda "Sabah”la qarşılaşacaq. Onları məğlub edə biləcəksiz?

Biz hər oyuna qələbə üçün çıxırıq. Rəqibin kimliyindən asılı olmayaraq bunu edirik. Bizim böyük potensialımız var. Bu görüşdə də qələbə üçün oynayacağıq.

- Sizi ikinci pillədən cəmi beş xal ayırır. Mövsümün sonunda komandanızı hansı pillədə görürsən? Səncə, ilk "dördlük"də yer almağınız realdır?

Düzdür, biz hazırda daha yaxşı pillədə olmalıydıq. Vəziyyəti düzəltməli, yaxşılaşdırmalı və klubun hədəflərinə doğru getməliyik. Əminəm ki, bunu da edəcəyik. Çünki dediyim kimi, yaxşı komandaya sahibik.

- Artıq "Turan Tovuz"da legionerlərin sayı az deyil, çoxdur. Belə vəziyyətdə, əsas heyətə düşmək çətin deyil ki?

Bəli, bu, doğrudur. Komandamızda legionerlərin sayı çoxdur. Hamı da komandaya kömək etməyə çalışır. Lakin kimin oynayacağına baş məşqçimiz qərar verir. Meydana kim çıxırsa, ən yaxşısı üçün çalışır.

Mirbağırağa
 

Xəbər xətti