"Braqa"nın daha bir futbolçusu "Qarabağ"la oyunları buraxacaq

16:44 - 31 Yanvar 2024

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa"nın heyətində daha bir itki baş verib.

Sportal.az xəbər verir ki, Portuqaliya təmsilçisinin müdafiəçisi Adrian Marin sıradan çıxıb. İspan futbolçu ölkə çempionatının "Portu" ilə matçında (0:2) zədələnib.

27 yaşlı sol cinah müdafiəçisi təxminən bir ay yaşıl meydanlardan uzaq qalacaq.

"Braqa"nın digər futbolçusu Bruma da 2 aylıq sıradan çıxıb. Hər iki oyunçu Ağdam təmsilçisi ilə oyunları buraxacaq.

Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə oyunu fevralın 15-də səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.

Xəbər xətti