Türkiyə klubundan ayrıldı, Fransaya qayıtdı

14:34 - 2 Fevral 2024

"Adana Dəmirspor"un kapitanı Benjamin Stambouli Fransaya qayıdıb.

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu "Reyms"lə anlaşıb.

Bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi yeni komandasına azad agent kimi keçib.

O, əvvəllər "Şalke", "Tottenhem", "Monpelye" və PSJ-də çıxış edib.
 

Xəbər xətti