"Real"dan Luka Modriç qərarı

11:55 - 3 Fevral 2024

Madrid "Real"ı Luka Modriçin klubdakı gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi xorvatiyalı yarımmüdafiəçinin müqaviləsinin müddətini uzadacaq. Bu barədə "The Atletic" nəşri məlumat yayıb.

"Kral klubu" 38 yaşlı futbolçunun mövsümün sonunda başa çatan sözləşməsini daha bir il uzadacaq.

Qeyd edək ki, "Real" Luka Modriçi 2012-ci ilin yayında "Tottenhem"dən transfer edib. Təcrübəli orta xətt oyunçusu bu mövsüm komandanın heyətində meydana çıxdığı25 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti