"Qarabağ"ın "Braqa" ilə oyununun biletləri satışda

12:51 - 7 Fevral 2024

"Qarabağ" Avropa Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Braqa"nın qonağı olacaq.

Sportal.az xəbər verir ki, Portuqaliyada keçiriləcək oyunun biletləri satışa çıxarılıb. Bu barədə "Braqa"nın rəsmi saytı məlumat yayıb.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 3,5-40 avro aralığında dəyişir.

Qeyd edək ki, "Braqa" - "Qarabağ" qarşılaşması 15 fevral tarixində Bakı vaxtilə saat 00:00-da Braqa Bələdiyyə Stadionunda baş tutacaq. Komandalar arasında cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.

Xəbər xətti