"Real" "Jirona" ilə matça ciddi itki ilə çıxacaq

16:34 - 10 Fevral 2024

"Real" İspaniya La Liqasının 24-cü turunun "Jirona" ilə matçına ciddi itki ilə çıxacaq.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Antonio Rüdiger zədəlidir. Almaniya millisinin üzvü vacib oyunda komandaya kömək edə bilməyəcək.

"Real" - "Jirona" qarşılaşması bu gün Bakı vaxtilə saat 21:30-da baş tutacaq.

Qeyd edək ki, Antonio Rüdiger bu mövsüm "Real"ın heyətində meydana çıxdığı 30 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti