Ramil Şeydayevin komandasında yeni hücumçu

18:20 - 10 Fevral 2024

Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Türkiyə I Liqa təmsilçisi Gürcüstanın "Dinamo" klubundan Davit Sxirtladzeni icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı gürcü hücumçu mövsümün ikinci yarısını "Kocaelispor"da keçirəcək.

Xəbər xətti