La Liqa klubunda 36 yaşlı baş məşqçi

15:58 - 14 Fevral 2024

İspaniyanın "Rayo Valyekano" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisini İniqo Pere çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, "Rayo Valyejano" Fransisko Rodriqesi istefaya göndərmişdi.

Xəbər xətti