"Qalatasaray" Avroliqa matçına ciddi itki ilə çıxacaq

21:33 - 14 Fevral 2024

"Qalatasaray" Avropa Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində Praqa "Sparta"sı ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi matça bir itki ilə çıxacaq. Hakim Ziyeş zədə səbəbindən komandaya kömək edə bilməyəcək. Bu barədə "sarı-qırmızılar"ın baş məşqçisi Okar Burak məlumat verib.

Mərakeşli futbolçu Afrika Millətlər Kubokunda zədələnib.

Qeyd edək ki, "Qalatasaray" - "Sparta" qarşılaşması sabah Bakı vaxtilə saat 21:45-də baş tutacaq.

Xəbər xətti