"Sabah" "Tbilisi Cup"da yarımfinala yüksəldi

17:20 - 16 Fevral 2024

“Sabah”ın U-11 komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Tbilisi Cup” beynəlxalq turnirində iştirak edir.

Sportal.az xəbər verir ki, təmsilçimiz qrup mərhələsində meydan sahibi ölkənin komandaları - “Saburtalo”ya məğlub olub (0:1), “Kolxeti-1913”-ə qalib gəlib (2:1). 1/4 finalda Gürcüstanın “TS Academy” komandasına qolsuz bitən matçın penaltilər seriyasında 5:4 hesabıyla qalib gələn “Sabah” yarımfinala vəsiqə qazanıb. 

"Sabah" növbəti mərhələdə “Torpedo” (Gürcüstan) ilə qarşılaşacaq. Yarımfinal mərhələsinin oyunları sabah keçiriləcək.

Xəbər xətti