I Liqa klublarının cəzaları açıqlandı

17:57 - 16 Fevral 2024

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Azərbaycan I Liqasının XIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

15.02.2024-cü il tarixində I Liqada XIV turun “Araz Saatlı” – “Zaqatala” oyununda “Araz Saatlı” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilir (maddə 37);

15.02.2024-cü il tarixində I Liqada XIV turun “Araz Saatlı” – “Zaqatala” oyununda “Araz Saatlı” klubunun baş məşqçisi Rüfət Quliyevin “A buraxılışı” vəsiqəsi olmadığına görə “Araz Saatlı” klubu 50 manat cərimə edilir (maddə 51.8);

Xəbər xətti