"Real"dan Arda Gülər qərarı

19:15 - 16 Fevral 2024

"Real" Arda Gülərlə bağlı qərarını dəyişib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi türk yarımmüdafiəçini icarəyə verəcək. Bu barədə "Relevo" nəşri məlumat yayıb.

"Kral klubu" 18 yaşlı futbolçunu daha çox forma şansı qazanması və inkişaf etməsi üçün başqa komandaya göndərəcək.

Qeyd edək ki, "Real" Arda Güləri mövsümün əvvəlində "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü La Liqa təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti