"Braqa"nın prezidenti komandaya qəzəbləndi, Bakıda qələbə tələb etdi

11:56 - 17 Fevral 2024

"Braqa"nın prezidenti Antonio SalvadorAvropa Liqası pley-off mərhələsinin ilk oyununda "Qarabağ"a məğlubiyyətdən (2:4) narazı qalıb.

Sportal.az xəbər verir ki, klub rəhbəri matç bitdikdən sonra paltardəyişmə otağına gedib və komandanı yüksək səslə, sərt şəkildə tənqid edib. Bu barədə "O Jogo" nəşri məlumat yayıb.

Antonio Salvador Bakıda keçiriləcək cavab matçında komandadan qələbə qazanmasını tələb edib.

Qeyd edək ki, "Qarabağ" - "Braqa" görüşü 22 fevral tarixində saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti