"Kəpəz" "Sabah"la matça 1 itki ilə çıxacaq

14:05 - 17 Fevral 2024

"Kəpəz" Premyer Liqanın XXIII turunda bu gün "Sabah"la qarşılaşacaq.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin kapitanı Vurğun Hüseynov oyunu buraxacaq. Müdafiəçi "Səbail" ilə matçda qırmızı vərəqə görərək cəzalı duruma düşüb.

Qeyd edək ki, "Sabah" - "Kəpəz" qarşılaşması saat 16:30-da başlayacaq.

Xəbər xətti