"Braqa"nın futbolçusu: "Qarabağ"ı keçmək üçün hər şeyə sahibik"

16:15 - 19 Fevral 2024

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" Portuqaliya Premyer Liqasının 22-ci turunda doğma meydanda "Farense"ni 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, komandanın qələbə qolunun müəllifi olan Şer Ndur matçdan sonra açıqlama verib. 19 yaşlı yarımmüdafiəçi artıq "Qarabağ"la oyuna hazırlaşmalı olduqlarını bildirib:

"İndi dincəlmək, məşq etmək və "Qarabağ"la oyuna hazırlaşmaq vaxtıdır. Biz hər şeyi xeyrimizə çevirmək və növbəti mərhələyə keçmək üçün lazım olan hər şeyə sahibik. Qələbə ruhunu qaytarmaq vacib idi. Hamımız sona qədər birlikdə əziyyət çəkdik və bu belə də davam edəcək".

Qeyd edək ki, "Qarabağ" Portuqaliyada keçirilən ilk oyunda "Braqa"nı 4:2 hesabı ilə məğlub edib. Komandalar arasında cavab görüşü 22 fevral tarixində Bakıda baş tutacaq.

Xəbər xətti