"Braqa" Bakıya yola düşdü - FOTO

18:25 - 20 Fevral 2024

Avropa Liqası pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" Azərbaycana yola düşüb.

Sportal.az xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisinin sosial şəbəkə hesablarında paylaşım edilib. Paylaşımda "Tezliklə görüşənədək, Bakı" başlığı qeyd olunub.

Qeyd edək ki, "Qarabağ" səfərdə keçirilən matçda rəqibini 4:2 hesabı ilə məğlub edib. Komandalar arasında cavab görüşü 22 fevral tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.


Xəbər xətti