"Braqa"nın məşhur futbolçusu zədəsini sağaltdı: Bakıya gəlir

18:38 - 20 Fevral 2024

"Braqa" Avropa liqası pley-ff mərhələsinin cavab görüşü çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, Portuqaliya təmsilçisinin futbolçusu Bruma zədəsini sağaldıb və komandaya qoşulub. 29 yaşlı vinger Bakıya gələn heyətə daxil edilib.

Kapitan Rikardo Orta isə zədəlidir və "Qarabağ"a qarşı oynamayacaq.

Qeyd edək ki, "Qarabağ" - "Braqa" qarşılaşması 22 fevral tarixində saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Komandalar arasında Portuqaliyada keçirilən ilk matç Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti