"İmişli" Zaqataladan 3 xalla dönür - VİDEO

17:54 - 22 Fevral 2024

Futbol üzrə Azərbaycan I Liqasında XV tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Zaqatala" doğma meydanda "İmişli"ni qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 29-a yüksəldən "İmişli" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 18 xalı olan "Zaqatala" isə 7-ci yerdədir.

"Zaqatala" - "İmişli" 1:2
Qollar:
 Cavad Qurbanlı, 44 - Elşən Abdullayev, 4, 26

Xəbər xətti