İspaniya millisinin baş məşqçisi ilə bağlı qərar verildi

19:59 - 22 Fevral 2024

İspaniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Luis de la Fuente ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, 62 yaşlı mütəxəssisin müqaviləsinin müddəti uzadılıb. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

İspaniyalı məşqçi 2026-cı ildə keçiriləcək dünya çempionatının sonuna kimi yığmanı çalışdıracaq.

Qeyd edək ki, Luis de la Fuente 2021-ci ilin iyul ayında İspaniya seçməsinin baş məşqçisi təyin olunub.

Xəbər xətti