Obameyanq Avropa Liqasının tarixinə düşdü

11:40 - 23 Fevral 2024

"Marsel"in hücumçusu Pyerr-Emerick Obameyanq Avropa Liqasının tarixinə düşüb.

Sportal.az xəbər verir ki, qabonlu futbolçu pley-off mərhələsinin "Şaxtyor"la cavab matçında (3:1) fərqlənməklə buna nail olub.

34 yaşlı forvard Avropa Liqasında ən çox qol vuran futbolçu olub. Qollarının sayını 31-ə yüksəldən Obameyanq Radamel Falkaonu qabaqlayıb.

Xəbər xətti