"Qaradağ Lökbatan"ı lider edən qələbə - VİDEO

18:30 - 29 Fevral 2024

Futbol üzrə Azərbaycan I Liqasında 16-cı tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Araz Saatlı" doğma meydanda "Qaradağ Lökbatan"ı qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 32-yə yüksəldən "Qaradağ Lökbatan" çempionatın lideridir. 4 xalı olan "Araz Saatlı" isə sonuncu yerdədir.

"Araz Saatlı" - "Qaradağ Lökbatan" 0:2
Qollar: 
Seyxan Fərəcov, 45+1, (pen), 59

Xəbər xətti