Milli komandada yeni baş məşqçi

18:54 - 29 Fevral 2024

Futbol üzrə Əlcəzair milli komandasının yeni baş məşqçisi məlum olub.

Sportal.az xəbər verir ki, Afrika təmsilçisini Vladimir Petkoviç çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

60 yaşlı isveçrəli mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Vladimir Petkoviç son olaraq Fransanın "Bordo" klubunu çalışdırıb.

Xəbər xətti