"Kəpəz" Futbol Akademiyasının açılışı oldu

16:50 - 1 Mart 2024

Bu gün “Kəpəz” klubunun nəzdində FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunmuş Məşq Mərkəzi və Futbol Akademiyasına baxış keçirilib.

Sportal.az xəbər verir ki, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezidentləri Rauf Əliyev, Vaqif Sadıqov, İcraiyyə Komitəsinin digər üzvləri İsgəndər Cavadov, Elmar Məmmədyarov, Fərid Mansurov, Könül Mehtiyeva, baş katib Sərxan Hacıyev və “Kəpəz” klubunun İdarə Heyətinin sədri İlqar Nadiri iştirak ediblər. AFFA rəhbərliyi akademiyada yaradılan şəraitlə tanış olublar.

AKADEMİYA

Akademiya otaqları: 8 otaq - 52 nəfərlik

Əsas komanda üçün otaqlar: 16 otaq - 44 nəfərlik

1 restoran, 1 mətbəx

Fitnes, sauna, 4 paltardəyişmə otağı

Tibb otaqları

İclas otağı

Kəpəz PFK əməkdaşları üçün ofis

İnzibati heyət üçün otaqlar

İstirahət otağı

Camaşırxana

Texniki və xidməti otaqlar

Qeyd: Bütün otaqlar zəruri müvafiq avadanlıqlarla təchiz olunub.

Xəbər xətti