"Arsenal"ı "Çelsi"yə dəyişə bilər

11:40 - 2 Mart 2024

"Arsenal"ın qapıçısı Eron Ramzdeyl mövsümün sonunda klubdan ayrılacaq.

Sportal.az xəbər verir ki, ingilis qapıçı karyerasını Londonun digər təmsilçisində davam etdirə bilər. Bu barədə "Football Insider" məlumat yayıb.

25 yaşlı qolkiperin xidmətində "Çelsi" maraqlıdır. "Mavilər" yayda 25 yaşlı "əlcək sahibi" üçün onun klubuna təklif göndərəcək.

Qeyd edək ki, "Arsenal" Eron Ramzdeyli 2021-ci ilin yayında "Şeffild Yunayted"dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm "topçular"ın heyətində 10 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti