Ramil Şeydayevin komandası yenə xal itirdi

20:47 - 2 Mart 2024

Türkiyə 1-ci Liqasında 25-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" səfərdə "Ərzurumspor"un qonağı olub. Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.

Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard 78-ci dəqiqədə meydana daxil olub. 

25 turdan sonra 45 xal toplayan "Kocaelispor" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər xətti