Qurban Qurbanov mətbuat önünə çıxacaq

14:29 - 5 Mart 2024

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Bayer” (Almaniya) oyunundan öncə təşkil ediləcək mətbuat konfransı və açıq məşqin vaxtı məlum olub.

Sportal.az Ağdam klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı martın 6-sı saat 13:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

17:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) "Azersun Arena"da keçiriləcək.

"Bayer"in isə Bakıda oyundan əvvəl açıq məşqi və mətbuat konfransı olmayacaq.

Qeyd edək ki, "Qarabağ" - "Bayer" görüşü martın 7-də Tofiq Bəhramov stadionunda keçiriləcək və oyuna 21:45-də start veriləcək.

Xəbər xətti