Xabi Alonso: "Qarabağ"la oyunda vəziyyətə nəzarət edə bilmədik"

11:17 - 10 Mart 2024

Almaniyanın "Bayer" klubunun baş məşqçisi Xabi Alonso Bundesliqanın 25-ci turunun "Volfsburq"a qarşı keçirəcəkləri oyun haqda danışarkən, Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ”la (2:2) Bakıda keçirdikləri ilk görüşünə yenə toxunub.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Ağdam klubuna qarşı keçirilmiş ilk görüşdə vəziyyətə nəzarət edə bilmədiklərini söyləyib:

"Biz həmişə möhtəşəm və yaxşı oynamaq istəyirik. Amma bəzən bu mümkün olmur. "Qarabağ"la oyunda bir neçə səhvə yol verdik və faktiki olaraq vəziyyətə nəzarət edə bilmədik. Təkmilləşdirməli olduğumuz çox şey var. Biz özümüzü tənqid edirik. Qalib gələndə belə səhvlərimizi axtarırıq. Ona görə də biz Bakıdan qayıdanda təyyarədə məşğul idik, analizlər aparırdıq".

Qeyd edək ki, tərəflər arasında cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək.

Xəbər xətti