"Barselona"da icarə əsasında oynayan forvard Messinin rekordunu təkrarladı 

12:49 - 19 Mart 2024

"Barselona"nın bu mövsümün əvvəlində "Atletiko"dan icarəyə götürdüyü portuqaliyalı hücumçusu Joao Feliks La Liqada məxsus olduğu komandaya eyni sezonda hər iki görüşdə qol vuran ikinci futbolçu olub. 

Sportal.az xəbər verir ki, portuqaliyalı "Barselona"nın heyətində İspaniya Primerosunun 29-cu turunun "Atletiko"(3:0) ilə görüşündə qol vurub.

O, bu komandaların ilk dövrədəki görüşündə(1:0) də Kataloniya klubunun yeganə qolunun müəllifi olmuşdu. Madrid klubuna bir mövsümdə hər iki görüşdə qol vurmağı bacaran ilk futbolçu isə Lionel Messi idi.

O, 2019/2020 mövsümündə həm Madriddə(1:0), həm də Kataloniyada (2:2) keçirilmiş qarşılaşmada fərqlənə bilmişdi.

Joa Feliksə gəlincə, o, bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 34 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. 

Xəbər xətti