Almaniya klubu "Qarabağ"ın futbolçusu ilə maraqlanır

22:51 - 20 Mart 2024

Almaniyanın “Auqsburq” klubu “Qarabağ”ın futbolçusu Marko Yankoviçlə maraqlanır.

Sportal.az azerisport.com-a istinadən xəbər verir ki, Almaniya klubunun nümayəndələri Ağdam təmsilçisinin Avropa Liqasının 1/8 final mərhələsinin Leverkuzendəki “Qarabağ”la cavab görüşünü stadiondan izləyiblər. 

“Auqsburq”un təmsilçilərindən biri Monteneqro yığmasının yarımmüdafiəçisinin iştirakı ilə daha bir oyuna baxacaq. Bu dəfə almanlar Antalyada Monteneqro və Belarus yığmaları arasında yoldaşlıq görüşünə yollanacaq. Bundesliqa təmsilçisinin mövsümün sonunda Yankoviçin transferi ilə bağlı "Qarabağ"a rəsmi təklif göndərəcəyi gözlənilir.

Monteneqrolunun Ağdam klubu ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Xəbər xətti