"Barselona" 20 yaşlı hücumçunu transfer etmək istəyir

16:22 - 21 Mart 2024

"Barselona" mövsümlərarası fasilədə hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi "Leypziq"də çıxış edən Benjamin Şeşkonu transfer etmək istəyir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

İspaniya klubu 20 yaşlı hücumçunun müqaviləsində nəzərdə tutulan 50 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, "Leypziq" Benjamin Şeşkonu mövsümün əvvəlində "Zalzburq"dan transfer edib. Sloveniya millisinin üzvü Bundesliqa klubunun heyətində meydana çıxdığı 34 rəsmi matçda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti