"Bavariya"nın futbolçusu yenə zədələndi

18:09 - 21 Mart 2024

"Bavariya"nın müdafiəçisi Saşa Boe yenidən zədələnib.

Sportal.az xəbər verir ki, zədədən yeni qayıdan fransalı futbolçu yenə sıradan çıxıb. O, ayaq əzələsindən xəsarət alıb.

23 yaşlı sağ cinah müdafiəçisi 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Bavariya" Saşa Boeni qış transfer pəncərəsi zamanı "Qalatasaray"dan transfer edib. Arxa xətt oyunçusu Münhen təmsilçisinin heyətində 2 Bundesliqa matçında meydana çıxıb.

Xəbər xətti