"Qarabağ"ın futbolçusu qol vurdu, Əlcəzair millisi qələbə qazandı - VİDEO

10:16 - 23 Mart 2024

Futbol üzrə Əlcəzair milli komandası yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, Afrika təmsilçisi Boliviya yığması ilə üz-üzə gəlib. Qarşılaşma Əlcəzairin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Yassin Benzia da bu görüşdə iştirak edib. 29 yaşlı yarımmüdafiəçi 2-ci hissədə meydana daxil olub. Təcrübəli futbolçu 79-cu dəqiqədə komandasının ikinci qolunu vurub.

Xəbər xətti