"Beşiktaş"ın idman direktoru Juninyo üçün Bakıya gəlir

13:07 - 23 Mart 2024

"Beşiktaş"ın idman direktoru Samet Aybaba Juninyo transferi üçün Bakıya gələcək.

Sportal.az xəbər verir ki, səfərin mövsüm bitmədən olması planlaşdırılıb. Bu barədə "Fotomaç" nəşri məlumat yayıb.

Klub rəsmisi artıq "Qarabağ"la təmas qurub. Azərbaycan çempionunun braziliyalı hücumçu üçün 8 milyon avro tələb etdiyi qeyd olunsa da, məbləğin endiriləcəyi bildirilir. "Beşiktaş" 27 yaşlı forvardın keçidini mövsüm bitmədən yekunlaşdırmaq istəyir.

Qeyd edək ki, "Qarabağ" Juninyonu 2023-cü ilin yayında "Şaves"dən transfer edib. "Sambaçı" Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 23 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti