"Mançester Yunayted" "Yuventus"un futbolçusu ilə maraqlanır

17:55 - 23 Mart 2024

"Yuventus"un müdafiəçisi Qleyson Bremer karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" 27 yaşlı futbolçunu transfer etmək istəyir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" braziliyalı mərkəz müdafiəçisinin müqaviləsində yer alan 43 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, "Yuventus"b Qleyson Bremeri 2022-ci ilin yayında "Torino"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 29 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti