Lunyov "Nyukasl"ın yerinə "Qarabağ"ı seçməyinin səbəbini açıqladı

16:20 - 30 Mart 2024

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlama verib.

Sportal.az xəbər verir ki, 32 yaşlı qolkiper Azərbaycan klubuna gəlməmişdən öncə "Nyukasl"ın təklifini niyə qəbul etmədiyini bildirib. Rus qapıçı əsas heyətdə oynamaq üçün "Qarabağ"ı seçdiyini deyib:

"Azərbaycanda və avrokuboklarda oynayırsansa, təbii ki, “Nyukasl”da üçüncü və ya dördüncü qapıçı olmaqdansa, “Qarabağ”da əsas heyətdə çıxış etmək daha yaxşıdır. Demək olar ki, 33 yaşım var. Ona görə də hələ də futbol oynamaq istəyirəm. Bəlkə 36 yaşında İngiltərədə çıxış etmək olar. Onda ehtiyat oyunçular arasında oturub matça baxa bilərsən".

Qeyd edək ki, "Qarabağ" Andrey Lunyovu 2023-cü ilin avqust ayında "Bayer"dən transfer edib. Rusiya millisinin üzvü Ağdam təmsilçisinin heyətində 27 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti